UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində sabah baş tutacaq "Çelsi" - "Qalatasaray" cavab matçını idarə edəcək hakimlərin adları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Məlumata görə, sözügedən matçı alman hakim Feliks Briks idarə edəcək. Ona Marks Borç və Stefan Lupp köməklik edəcək. Qeyd edək ki, sabah oynanılacaq "Real" (Madrid) - "Şalke" oyunu isə rusiyalı hakim Karasevə həvalə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB