Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

Antalyada yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışları keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası da iştirak edib. Turnirdə millimizin üzvlərindən Hidayət Heydərov (66 kq), Samir Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Cüdoçularımızdan Murad Heydərli (60 kq), Eldar Soltanov (66 kq), Musa Şarəliyev (90 kq) gümüş, Rüfət Tağızadə (60 kq) isə bürünc medala sahib olublar.

Ümumi komanda hesabında Azərbaycan millisi 2-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə