Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, turnirdə 8 xal toplayan Xəyalə Abdulla növbəti dəfə Azərbaycan çempionu titulunu qazanıb. Gülnar Məmmədova 7,5 xalla 2-ci, eyni xalla Aytən Əmrayeva isə 3-cü yerin sahibi olub.
Yarışlarda ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub, 2014-cü ilin şəxsi Avropa çempionatına vəsiqə əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB