George Çixradze: "Daha çox qol vura bilərdik"

George Çixradze: "Daha çox qol vura bilərdik"

Topaz Premyer Liqasının 26-cı turunda Zaqatalada "Rəvan"la qarşılaşan "Simurq" ilk hissədə vurduğu iki qolla rəqibini məğlub edib və növbəti 3 xalı aktivinə yazıb - 2:0. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Güvenc Kurtar, "Rəvan" klubunun baş məşqçisi: "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq. Əsas heyətin 8 futbolçusu bu gün olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. "Simurq" doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var".

George Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Yaxşı oyun oldu, çoxlu hücumlar təşkil etdik. Topa nəzarət edirdik. İlk hissədə iki qol vurduq. Daha çox qol vura bilərdik, lakin imkanlardan faydalana bilmədik. Komanda tam gücü ilə oynadı. Azarkeşlər bizi sona kimi dəstəklədi".

Bütün xəbərlər Facebook səhifəmizdə