Azad Rəhimov İslam ölkələri gənclər və idman nazirlərinin toplantısında iştirak edir
Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin prezidenti şahzadə Əmir Nəvvaf bin Feysəl bin Əbdüləzizin rəsmi dəvətinə əsasən gənclər və idman naziri Azad Rəhimov 17 mart 2014-cü il tarixində İslam Əməkdaşlığı Təşkilatının gənclər və idman nazirlərinin 2-ci konfransına qatılıb.
Topantının keçirilməsi ilə bağlı qərar 15-17 noyabr 2012-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatı Xarici İşlər Nazirlərinin Cibuti Respublikasında keçirilmiş 39-cu iclasında verilmişdi.
Siasport.az saytının məlumatına görə, konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrdə gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən müxtəlif səpkili tədbirlərin təşkil olunması müzakirə olunacaq.
Konfransda gənclərin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı, islam ölkələri arasında məlumat və təcrübə mübadiləsinin təmin edilməsi, idman əməkdaşlığının genişləndirilməsi və digər mövzular da diqqət mərkəzində olacaq.
Eyni zamanda, tədbirdə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının da təqdimat mərasimi olacaq.
Konfrans 18 mart tarixində işini yekunlaçdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB