Topaz Premyer Liqasının 26-cı turunun açılış oyununda "Bakı" "Qəbələ" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, hərəyə bir dəfə fərqlənən tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olub. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Komandanın oyunundan razı qaldım. Külək yaxşı oyuna mane oldu. Konkret hər hansısa oyunçunu fərqləndirmək istəmirəm. Kimin yaxşı, kimin pis olmasını klubun daxilində müəyyən edirəm".
Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Çətin oyun oldu, çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Seçim üçün çox oyunçumuz yoxdur. Raufun zədələnməsi bizi üzdü. Subotiç mükəmməl qol vurdu. Məğlub olmadığımıza görə sevinirəm. İki xal itirdiyimizə görə də üzülürəm. Qarşıda "Rəvan"la kubokun cavab oyunu var. Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik. Bizdə hücumçu çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı oyunçudur. Hər hansı bir qərar verəndə həmişə idman tərəfini də düşünmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB