"Dinamo" "Dördlər finalı"nda "Rabitə"ni məğlub etdi, finala vəsiqə qazandı FOTOSESSİYA
Bu gün Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nın ikinci oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Baku Crystal Hall"da Azərbaycan çempionu "Rabitə" komandası Rusiyanın "Dinamo" (Kazan) kollektivi ilə qarşılaşıb.
Rumıniyalı baş hakim Mirel Dorin Zaharesuçun idarə etdiyi görüşün ilk hissəsində "Dinamo" komandası 25:15 hesabı ilə qalib gəlib. Oyunun ikinci hissəsində baş məşqçi Rişat Qilyazutdinovun rəhbərlik etdiyi "Dinamo" komandası hesab arasındakı fərqi artırıb. Kazan təmsilçisi bu setdə 25:21 hesabı ilə qələbə qazanıb. Üçüncü set də Rusiya voleybolçularının üstünlüyü ilə yekunlaşıb - 25:19.
Beləliklə, rəqibinə 3:0 hesabı ilə qalib gələn "Dinamo" komandası turnirin finalına yüksəlib.
Final görüşündə Kazan təmsilçisi Türkiyənin "Vakıfbank" komandası ilə qarşılaşacaq. "Rabitə" isə bürünc medal uğrunda digər Türkiyə təmsilçisi "Eczaçıbaşı" ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB