Bu gün Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nın ilk oyunu keçirilib. Siasport.az saytının məlumatına görə, "Baku Crystal Hall"da təşkil olunmuş qarşılaşmada Türkiyənin "Eczaçıbaşı" və "Vakıfbank" komandaları qarşılaşıblar.
Polşalı baş hakim Piotr Dudekin idarə etdiyi oyunun ilk setində "Eczaçıbaşı" komandası rəqibini 25:19 hesabı ilə məğlub edib. Qarşılaşmanın ikinci hissəsi italiyalı baş məşqçi Ciovanni Quidettinin yetirmələrinin xeyrinə başa çatıb. Rəqibinə 25:19 hesabı ilə qalib gələn "Vakıfbank" hesabı bərabərləşdirib. Görüşün 3-cü hissəsi Çempionlar Liqası yarışlarının ötən ilki qalibi "Vakıfbank"ın 25:22 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hissədə rəqibindən üstün oyun nümayiş etdirən baş məşqçi Ciovanni Quidettinin yetirmələri hesab arasındakı fərqi artırıblar. Dördüncü setdə də "Vakıfbank" 25:17 hesabı ilə qalib gəlib.
Beləliklə, son nəticədə rəqibini 3:1 hesabı ilə məğlub edən "Vakıfbank" komandası "Dördlər finalı"nın həlledici mərhələsinə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB