Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində dünya şahmat tacı uğrunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da iştirak etdiyi iddiaçılar turnirinin 3-cü turu keçiriləcək. Siasprot.az saytının məlumatına görə, yarışa 2 turdan sonra hərəsi 1,5 xal toplamış Vişvanatan Anand, Pyotr Svidler və Vladimr Kramnik liderlik edir. Levon Aronyan və Veselin Topalov hərəyə 1 xal, Şəhriyar Məmmədyarov, Dmitri Andreykin və Sergey Karyakin isə hərəyə 0,5 xal toplayıblar.
Üçüncü turda Şəhriyar Məmmədyarov - Vişvanatan Anand, Dmitri Andreykin - Sergey Karyakin, Pyotr Svidler - Vladimir Kramnik, Veselin Topalov - Levon Aronyan cütlükləri qarşılaşacaqlar.
Xatırladaq ki, Xantı-Mansiyskdə keçirilən yarışların qalibi dünya şahmat tacı uğrunda mübarizədə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə qarşılaşmaq hüququ qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB