Münhenin "Bavariya" futbol klubuna bundan sonra "Adidas" şirkətinin baş direktoru Hervert Hayner başçılıq edəcək. Siasport.az saytı xəbər verir ki, bu məlumatı "Sky Sports" yayıb. Yeni prezidentin seçilməsi ilə bağlı qərar klubun Direktorlar Şurasında qəbul edilib. H.Hayner bu postda Uli Henessi əvə edəcək.U. Heness 28,5 milyon avro məbləğində vergidən yayınmaya görə 3,5 il müddətinə həbs edilib. H.Hayner qeyd edib: "Uli Heness özünün liderlik keyfiyyətləri ilə daim "Bavariya"nın maraqlarına xidmət edib. O, liderlik bacarığı və klubun işlərində şəxsi iştirakı sayəsində son dərəcə böyük uğurlar qazanıb. O, "Bavariya"nın inkişafına əhəmiyyətli töhfə verib və bunun sayəsində klub dünyada idman, eləcə də maliyyə planında ən uğurlu və cəlbedici klublardan biri olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB