Rusiya millisi XI Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir

Rusiya millisi XI Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir

Rusiya millisi XI Soçi Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Siasport.az saytının məlumatına görə, 45 ölkədən idmançıların qatıldıqları Paralimpiya Oyunlarında Rusiya millisinin hesabında 26 qızıl, 21 gümüş və 18 bürünc medal vardır.

Almaniya yığması 11 medalla (7-4-0) ikinci, Ukrayna millisi isə 20 medalla (5-5-10) üçüncü pillədə qərarlaşıb.
XI Qış Paralimpiya Oyunlarında artıq 17 ölkədən idmançılar medal qazanıblar.
Qeyd edək ki, Paralimpiya Oyunlarına martın 16-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə