"Bavariya" prezidenti 27 milyon avronun qurbanı oldu

"Bavariya" prezidenti 27 milyon avronun qurbanı oldu

Vergidən yayınmağa görə barəsində həbs qərarı verilmiş "Bavariya" prezidenti Uli Hennes istefa verib. Siasport.az saytı xəbər verir ki, klub prezidenti komandanın rəsmi saytına verdiyi açıqlamasında bu haqda bildirib. 27.2 milyon avronu vergidən yayındırdığı üçün 3 il 6 ay həbs cəzası alan klub prezidenti apelyasiya məhkəməsinə şikayət etməyəcəyini də bildirib: "Ailəmlə danışıqlardan sonra məhkəmənin qərarını qəbul etməyə qərar verdik. Vergidən yayınmaq mənim ən böyük səhvim oldu. İndi bunun cəzasını çəkməliyəm. "Bavariya"da prezidentlik vəzifəmdən də istefa verirəm. Bununla da klubu pis hadisələrdən qorumaq istəyirəm. Yaxın dostlarıma və "Bavariya" azarkeşlərinə mənə dəstək olduqları üçün təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə