Martın 12-də ölkə kubokunun ¼ final mərhələsində "Qəbələ" ilə qarşılaşan "Qarabağ" dünəni istirahətlə keçirmişdi. Siasport.az saytının məlumatına görə, bu gündən Ağdam təmsilçisi yenidən məşqlərə başlayıb. Çempionatın XXVI turunda "İnter"in qonağı olacaq komanda günü tək məşqlə keçirəcək.
Sabah daha bir çalışma ilə komanda hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu bazar günü Şəfa stadionunda, saat 17:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB