İstanbulun "Beşiktaş" klubu, Manuel Fernandesin ardınca daha bir portuqaliyalı futbolçunu itirmək təhlükəsi ilə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçu İtaliya "Milan"ının transfer hədəfindədir. Son vaxtlar "Beşiktaş"da narazı futbolçular siyahısına daxil olan portuqaliyalı futbolçu da komandadan getməyə müsbət yanaşır. Hücum xəttində ciddi problemlər yaşayan "Milan" klubunun rəhbərliyi bu boşluğu Almeyda ilə doldurmaq niyyətindədir. Lakin futbolçu ilə "Atletiko" (Madrid) və "Verder" (Bremen) klublarının yaxından maraqlanması "Milan"ın işini çətinə salıb. "Beşiktaş" klubu da 29 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırır. Qeyd edək ki, Almeyda bu mövsüm keçirdiyi 21 görüşdə 12 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB