Şəhriyar Məmmədyarov heç-heçə ilə başladı

Şəhriyar Məmmədyarov heç-heçə ilə başladı

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə iddiaçılar turnirinin ilk turu başa çatıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla bolqarıstanlı Veselin Topalovu sınağa çəkib. 36-cı gedişdən sonra tərəflər heç-heçəyə razılaşıblar - 0,5:0,5.

Rusiya şahmatçıları Dmitri Andreykin – Vladimir Kramnik və Sergey Karyakin – Peter Svidler matçlarında da eyni hesab qeydə alınıb. Keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) isə Levon Aronyanı (Ermənistan) məğlub edib - 1:0.

Növbəti turun görüşləri martın 14-də keçiriləcək.

Ümumilikdə, 8 şahmatçının mübarizə apardığı iddiaçılar turniri 2 dövrədən və 14 turdan ibarətdir.
Qeyd edək ki, turnirə martın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə