"Sumqayıt" turnirin qalibi olub

Gənclər və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi "5 Mart Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar 2003-2004-cü il təvəllüdlü futbolçular arasında turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" futbol klubunun U-13 komandası həlledici görüşdə "Təhsil"i 3:1 hesabı ilə məğlub edərək qalib olub.

Bundan başqa, "Sumqayıt" futbol klubunun 16 yaşadək futbolçulardan ibarət komandası Ruslan Abdullayevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib və 2-ci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə