"Simurq" Zaqatalaya 4 əsas heyət oyunçusu olmadan yollanacaq

"Simurq" Zaqatalaya 4 əsas heyət oyunçusu olmadan yollanacaq

"Rəvan" "Simurq"la oyuna hazırlaşır. Siasport.az saytının məlumatına görə, komanda Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində bazar günü keçiriləcək görüş üçün məşqlərə başlayıb. Bütün heyət hazırlıqda iştirak edib. Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqlarından fərdi proqram əasında çalışıblar. Bu futbolçular "Simurq"la görüşdə forma geyinməyəcəklər. Ancaq məsələ heç də zədə ilə bağlı deyil. Onlar həm də cəzalı durumdadırlar. Həmçinin Lukaş Sapela və Novruz Məmmədov da cəzalı olduqlarından Zaqatalaya gedə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə