“Qafqaz Kuboku” beynəlxalq turnirində ilk günün qalibləri müəyyənləşib

“Qafqaz Kuboku” beynəlxalq turnirində ilk günün qalibləri müəyyənləşib

Bu gün Novxanıdakı "Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə "Qafqaz Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnirə start verilib. Siasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turnirdə Azərbaycan, Gürcüstan, İran və digər ölkələrin idmançıları iştirak edirlər. Yarışda 25-ə yaxın idmançı 40-a yaxın atla mübarizə aparır.

İlk gündə maneələrin hündürlüyü 1,25 santimetr olan yarışda Azərbaycan idmançısı Ələkbər Məmmədov "Carry Sanders" ləqəbli atla qalib olub. Digər idmançımız Elmar Abdullayev "Val Paulo" ləqəbli atla ikinci, gürcüstanlı Tronike Papiaşvili "Connrad de Luxe" ləqəbli atla üçüncü pillədə yer alıb.
Maneələrin hündürlüyü 1,35 santimetr olan yarışda isə Gürcüstan təmsilçisi Şalva Qaçaçiladze "Chevving Gum 3" ləqəbli atla qalib adını qazanıb. Azərbaycan idmançıları Seyid Musayev "Nabab de Belou" ləqəbli atla ikinci, Kərim Abdullayev "Uterusa" ləqəbli atla üçüncü olub.
Turnirə Türkiyə və İrandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edir.
Yarışın ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə