Astara Olimpiya İdman Kompleksində kross üzrə rayon birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 105 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Qızlar arasında 1500 metr məsafəyə qaçışda Mahirə Şahanzadə, Günay Qeybiyeva (Səncərədi kənd tam orta məktəbi) və Vüsalə Xalıqzadə (Artupa kənd tam orta məktəbi) müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Oğlanların 3000 metr məsafəyə qaçışında isə İlham Sadıqzadə (Artupa kənd tam orta məktəbi), Neyməddin Qənizadə (Səncərədi kənd tam orta məktəbi) və Orxan Cabbarov (Artupa kənd tam orta məktəbi) fərqləniblər.
Qaliblərə rayon birinciliyinin medalları, diplomlar və hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB