Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Tayvan turu"nda çıxışlarını davam etdirirlər. Siasport.az saytının məlumatına görə, 5 günlük yürüşün 4-cü mərhələsində iştirakçılar 161 km məsafə qət ediblər.
Komanda üzvlərimizdən ən yüksək nəticəni Markus Eybeger göstərib. O, liderdən 2 saniyə geri qalmaqla 3 saat, 48 dəqiqə, 29 saniyə göstərici ilə 6-cı yeri tutub. 4 mərhələdən sonra ümumi sıralamada Eybeger 6-cı yerdə qərarlaşır. O, liderə 11 saniyə uduzur.
Komanda hesabında "Synergy Baku" yürüşün 20 iştirakçısı arasında 10-cu mövqedə qərarlaşır.
Bu gün keçiriləcək sonuncu - 5-ci mərhələdə iştirakçılar 168 km məsafə qət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB