Dünən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk olaraq azarkeşlər "Qəbələ" - "Qarabağ" matçını izləyiblər. Bu maraqlı qarşılaşmada hesab açılmayıb. Digər oyunda "Bakı" "Rəvan"ın qonağı olub. Qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Birinci divizionun kubokda yeganə təmsilçisi "Araz Naxçıvan" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib. Qonaqlar görüşün 69-cu dəqiqəsində hesabda önə çıxsalar da, meydan sahibləri matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə hesabı bərabərləşdirə biliblər. Günün son oyununda isə "Neftçi" "İnter"in qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri martın 19-da keçiriləcək.
12 mart (çərşənbə)
Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları
19:00. "İnter" – "Neftçi" - 1:1
Qollar: Bahodır Nasimov, 51 (0:1), Vaqif Cavadov, 83 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
"Şəfa" stadionu
15:00. "Rəvan" – "Bakı" - 0:1
Qol: Cavid Hüseynov, 28 (0:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
"Bayıl Arena" stadionu
15:00. "Araz Naxçıvan" – "Xəzər Lənkəran" - 1:1
Qollar: Alvaro Silva, 69 (0:1), Tərlan Xəlilov, 90+2-pen. (1:1)
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Məhərrəmov Ramiz
Naxçıvan Muxtar Respublika stadionu
Matçın 34-cü dəqiqəsində "Araz Naxçıvan"ın qapısına təyin olunan penalti zərbəsini Sadio Tounkara dəyərləndirə bilməyib. Onun zərbəsini "Araz Naxçıvan"ın qapıçısı Emil Balayev dəf edib.
14:30. "Qəbələ" – "Qarabağ" - 0:0
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB