Əsgər Abdullayev: "Lənkərandakı oyun da asan olmayacaq"

Əsgər Abdullayev: "Lənkərandakı oyun da asan olmayacaq"

Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Xəzər Lənkəran"la kubok oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis cavab oyunu haqda da danışıb. O, mərhələni keçmək şanslarının az olduğunu vurğulayıb: "Rəqibin güclü olduğunu bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadır. Səkkiz ay yarımlıq komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə