Karlo Ançelotti "Yuventus"un futbolçusu barədə danışdı

Karlo Ançelotti "Yuventus"un futbolçusu barədə danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Yuventus"un futbolçusu Pol Poqba ilə maraqlandıqlarını təsdiqləyib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə İspaniya mətbuatına verdiyi açıqlamada bildirib. Məlumata görə, təcrübəli mütəxəssis gənc yarımmüdafiəçinin oyununu çox bəyəndiyini deyib: "O, mükəmməl futbolçudur. Onun matçlardakı çıxışını bəyənirəm. Poqbanı transfer etmək istəyirik". Qeyd edək ki, P.Poqbanın "Yuventus"la 2016-ci ilə qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə