Manuel Fernandes "Lokomotiv"lə gizli müqavilə imzalayıb?

Manuel Fernandes "Lokomotiv"lə gizli müqavilə imzalayıb?

İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı forvardı Manuel Fernandes barədə yeni məlumat ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, Portuqaliyanın "Record" qəzeti iddia edir ki, təcrübəli futbolçu "Beşiktaş" rəhbərliyi ilə gərgin münasibətlərdən bezərək, koryerasını başqa komandada davam etdirməyə qərar verib. Qəzetin yazdığına görə, M.Fernandes artıq Rusiyanın "Lokomotiv" futbol klubu ilə gizli danışıqlar apararaq mövsümün sonunda bu komandaya keçməyə razılıq verib. Qəzet iddia edir ki, portuqaliyalı futbolçu Moskva təmsilçisi ilə 5 illik müqavilə imzalamağa razılıq verib. Xəbərdə deyilir ki, ulduz futbolçu "Lokomotiv"də ilinə 4 milyon avro qazanacaq. "Beşiktaş"da isə onun qazancı illik 2,4 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə