"Bakı" "Rəvan"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən "Rəvan" - "Bakı" matçı qonaqların qələbəsi ilə başa çatıb. Siasport.az saytının məlumatına görə, matçın 28-ci dəqiqəsində Cavid Hüseynovun vurduğu qol oyunda yeganə olub. Qarşılaşmanın qalan hissəsində qapılara qol vurulmayıb.

Qeyd edək ki, "Bayıl Arena"da keçirilən matçı hakim Orxan Məmmədov idarə edib.

"Rəvan" – "Bakı" 0:1

Qol: Cavid Hüseynov 28

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
"Bayıl Arena" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə