Futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi keçirilib FOTOLAR YENİLƏNİB

Futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi keçirilib FOTOLAR YENİLƏNİB

Bu gün "Hilton" otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunub. Siasport.az saytının məlumatına görə, püşkatmadan öncə Bakının turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra Aysel Məmmədovanın ifasında klassik musiqi səsləndirilib.

Ötənilki çempionatdan hazırlanmış videoçarx göstərildikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədov fikirlərini bildirib. O, ölkəmizin dünyada idman mərkəzinə çevrildiyini qeyd edərək, Azərbaycanda keçirilmiş və keçiriləcək beynəlxalq yarışlardan danışıb. Baş katib yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra UEFA-nın Qadın və Futzal Yarışlarının rəhbəri Maykl Salzer çıxış edib. O, tədbir iştirakçılarına qurumun prezidentinin salamlarını çatdırıb. M.Salzer oyunlar barədə məlumat verərək, matçların "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacağını qeyd edib. UEFA-nın nümayəndəsi təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib.

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts səhnəyə dəvət olunub və püşkatma başlanılıb. Püşkatmanın nəticələrinə görə, ilk oyunlarda "Araz Naxçıvan" (Azərbaycan) "FC Barselona" (İspaniya) ilə, "Kayrat" (Qazaxıstan) isə " FC Dinamo" (Rusiya) klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə