"Simurq"un zədəliləri sağalıb

"Simurq"un zədəliləri sağalıb

"Simurq" klubu Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində keçiriəcəyi "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin iki zədəlisi artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Belə ki, Nicat Qurbanov və Dreqan Çeran baş məşqçinin şans verəcəyi təqdirdə "Rəvan"la matçda meydanda olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə