Konkur üzrə “Qafqaz Kuboku” adlı beynəlxalq turnir keçiriləcək

Konkur üzrə “Qafqaz Kuboku” adlı beynəlxalq turnir keçiriləcək

13-15 mart 2014-cü il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən "Sərhədçi Atçılıq Mərkəzi" nin qapalı manejində atçılığın konkur növü üzrə "Qafqaz Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycan, Gürcüstan və s. ölkələrin idmançıları iştirak edəcəklər. Yarışlarda ümumiliklə 25-ə yaxın idmançı və 40-a yaxın atın iştirakı gözlənilir. Turnirə Türkiyə və İrandan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Yarışın ümumi mükafat fondu 50.000 ABŞ dolları təşkil edir. Turnir hər gün saat 12:00-da başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə