Rusiya millisi XI Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinciliyini davam etdirir
Rusiya millisi XI Soçi Qış Paralimpiya Oyunlarının medal sıralamasında birinciliyini davam etdirir. Siasport.az saytının məlumatına görə, 45 ölkədən idmançıların qatıldıqları Paralimpiya Oyunlarında Rusiya millisinin hesabında 11 qızıl, 14 gümüş və 9 bürünc medal var. Almaniya yığması 4 medalla (4-0-0) 2-ci, Ukrayna millisi isə 11 medalla (3-3-5) 3-cü pillədə qərarlaşıb.
XI Qış Paralimpiya Oyunlarında artıq 15 ölkədən idmançılar medal qazanıblar.
Xatırladaq ki, Paralimpiya Oyunlarına martın 16-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB