Bu gün "Hilton" otelində futzal üzrə UEFA kubokunun yerli və UEFA təşkilat komitələrinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda final mərhələsində mübarizə aparacaq "Barselona", "Dinamo", "Kayrat" və "Araz" klublarının nümayəndələri də iştirak edib. Sonra tədbir iştirakçıları oyunların təşkil olunacağı Sərhədçi İdman Olimpiya Mərkəzinə baxış keçiriblər.
Xatırladaq ki, bu gün saat 15:00-da "Hilton" otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB