"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyuna hazırlaşır

"Sumqayıt" FK "Xəzər Lənkəran"la oyuna hazırlaşır

Topaz Premyer Liqasının növbəti turunda doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək "Sumqayıt" futbol klubu hazırlığa start verib. Siasport.az saytının məlumatına görə, komanda dünən baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında məşqə çıxıb.

Xəstə olduğuna görə Uğur Pamuk və zədəli olan Pərdis Fərcaf-Azad komandadan ayrı çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə