Futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi keçiriləcək
Martın 12-də, saat 14:30-da, Hilton otelinin II mərtəbəsində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, püşkatmadan dərhal sonra mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, "Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və Azərbaycan çempionu "Araz"ın mübarizə aparacağı "Dördlər finalı"nın oyunları aprelin 24-də və 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB