Polşanın Sopot şəhərində qapalı məkanda yüngül atletika üzrə dünya çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Hayle İbrahimov təmsil edib. Atletimiz 3 min metr məsafəyə qaçış yarışlarında 7 dəqiqə 56 saniyə göstərici ilə 6-cı yerdə qərarlaşıb.
Mundialın qalibi Keniya idmançısı Kaleb Mvanqanqi Ndiku olub. O, məsafəni 7 dəqiqə 54 saniyəyə qət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB