“Qəbələ”nin azarkeşləri klubu ziyana saldılar İNTİZAM KOMİTƏSİNİN QƏRARLARI
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
8 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun "Rəvan" – "Xəzər Lənkəran" matçında "Rəvan" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
9 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun "Qəbələ" – "Neftçi" matçının 1, 36, 38, 63-cü dəqiqələrində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunda "Qəbələ" azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunur (maddə 42).
7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun AZAL – "Simurq" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində "Simurq" klubunun 2 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun AZAL – "Simurq" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 87-ci dəqiqəsində "Simurq" klubunun 16 №-li futbolçusu Məhərrəm Hüseynov təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
Oyunun 90+2-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun "Sumqayıt" – "İnter" matçının 90-cı dəqiqəsində "Sumqayıt" klubunun 90 №-li futbolçusu Elmir Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
7 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XX turunun "Şəmkir" – "Lokomotiv" matçının 65-ci dəqiqəsində "Şəmkir" klubunun 8 №-li futbolçusu Ramin Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 80-ci dəqiqəsində "Lokomotiv" klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
8 mart 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XX "Neftçala" – MOİK matçının 63-cü dəqiqəsində MOİK klubunun məşqçisi Şamil Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
8 mart 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XX "Araz Naxçıvan" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
9 mart 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XX "Qaradağ Lökbatan" – "Bakılı" matçında "Bakılı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "İnci" – "Akkord" matçının 30-cu dəqiqəsində "Akkord" klubunun 5 №-li futbolçusu Tural İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır(maddə 37.1).
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Xudafərin" – "Ulduz" matçının 25-ci dəqiqəsində "Xudafərin" klubunun 16 №-li futbolçusu Pünhan Nəbiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
9 mart 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Çingiz" – "Baku Fire" matçının 21-ci dəqiqəsində "Çingiz" klubunun 17 №-li futbolçusu Ramil Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 24-cü dəqiqəsində "Baku Fire" klubunun 7 №-li futbolçusu Emin Kərimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
8 mart 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Balaxanı" – "Kinq" matçının 43-cü dəqiqəsində "Kinq" klubunun 77 №-li futbolçusu Pərviz Abuzərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
8 mart 2014-cü il futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "İtands" – "Rabitə" matçı başa çatdıqdan sonra "Rabitə" klubunun 7 №-li futbolçusu Emin Ulyanov hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 38.5).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB