Respublika Şahmat Mərkəzində qadınlar arasında keçirilən Azərbaycan çempionatının 6-cı turu başa çatıb. Siasport.az saytının məlumatına görə, 6 turdan sonra Xəyalə Abdulla 5 xalla vahid liderdir. Nərgiz Umudova və Günay Məmmədzadənin görüşləri heç-heçə ilə başa çatıb. Eyni hesablı nəticə Nərmin Kazımova və Türkan Məmmədyarova arasında keçirilən oyunda da təkrarlanıb. Səbinə Quliyeva və Səbinə İbrahimova qarşılaşmasında isə oyun qara fiqurlarla mübarizə aparan İbrahimovanın qələbəsi ilə başa çatıb. Nərmin Xələfova Səhər Hüseynovanı, Gülnar Məmmədova isə Aytən Əmrayevanı məğlub edib.
Cütlüklər və nəticələr:
Abdulla Xəyalə + - Zeynəb Məmmədyarova
Nargiz Umudova ½ - ½ Gunay Məmmədzadə
Nərmin Xələfova 1 - 0 Səhər Hüseynova
Səbinə Quliyeva 0 - 1 Səbinə İbrahimova
Gülnar Məmmədova 1 - 0 Aytən Əmrayeva
Nərmin Kazımova ½ - ½ Türkan Məmmədyarova
Turnir cədvəli:
Abdulla Xəyalə - 5 xal
Aytən Əmrayeva və Səbinə İbrahimova 4.5 xal
Gülnar Məmmədova və Türkan Məmmədyarova 4 xal
Nərmin Kazımova 3.5 xal
Nərgiz, Umudova, Günay Məmmədzadə və Səhər Hüseynova 2.5 xal
Nərmin Xələfova 2 xal
Zeynəb Məmmədyarova və Səbinə Quliyeva 0.5 xal.
Qeyd edək ki, çempionat dairəvi sistemlə 11 turdan ibarət olaraq keçirilir və martın 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB