Futbol üzrə Azərbaycan Kubokunun "Araz Naxçıvan" - "Xəzər Lənkəran" ¼ final ilk oyun qarşılaşması üçün cənub təmsilçisi Naxçıvana yola düşüb. Siasport.az saytının məlumatına görə, Naxçıvan Muxtar Respublikasında məskunlaşan "Xəzər Lənkəran" dünən matçın keçiriləcəyi arenada ilk məşqinə çıxıb. Saat 11-də start götürən hazırlıq bir saat davam edib və futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Zədəli futbolçular siyahısına braziliyalı müdafiəçi Vilyam Tyaqo da qoşulub və onunla birgə Adrian Skarlatake də məşqi kənardan izləyib. Bu gün komanda oyun öncəsi son məşqinə çıxacaq və matç saatını gözləyəcək.
Xatırladaq ki, mart ayının 12-də baş tutacaq "Araz Naxçıvan" - "Xəzər Lənkəran" görüşü "Xəzər Lənkəran" TV ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB