Azərbaycan kuboku: 1/4 final rəqəmlərin gözü ilə STATİSTİKA

Azərbaycan kuboku: 1/4 final rəqəmlərin gözü ilə STATİSTİKA

Bu həftə futbol üzrə Azərbaycan kubokunda mübarizə davam etdiriləcək. Siasport.az saytının məlumatına görə, 1/4 finala vəsiqəni 2013-cü ildə qazanan 8 komanda yarımfinala yüksəlmək üçün ilk oyunlarına çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubok yarışları tarixindəki oyunlarının balansını təqdim edir.

1/4 final
12 mart (çərşənbə)

13. "İnter" – "Neftçi"
+3=4-1, top fərqi 4-8

Paytaxt təmsilçilərinin kubokdakı yolları 5-ci dəfə kəsişib. Əvvəlki 4 dueldən 3-də "İnter" və yalnız sonuncusunda "Neftçi" mərhələ adlayıb. 4 duel çərçivəsində keçirilən 8 görüşdən yarısında heç-heçə qeydə alınıb.

2004/05

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)

0:0, 0:0, pen. 3:4

2007/08

1/2 final

Neftçi (Bakı) - İnter (Bakı)

2:2, 0:1

2009/10

1/4 final

Neftçi (Bakı) - İnter (Bakı)

0:3, 1:2

2011/12

1/2 final

İnter (Bakı) - Neftçi (Bakı)

0:0, 0:1

14. "Rəvan" – "Bakı"
+0=1-0, top fərqi 0-0

2 mövsüm əvvəl 1/8 finalda qarşılaşan rəqiblərin duelinin taleyini penaltilər seriyası həll etmişdi. Həmin vaxt "Bakı" mərhələ adlamışdı.

2011/12

1/8 final

Bakı - Rəvan (Bakı)

0:0, p.3:2

15. "Qəbələ" – "Qarabağ"
+0=4-0, top fərqi 3-3

Ardıcıl 3-cü dəfə 1/4 finalda qarşılaşan əyalət təmsilçilərinin kubok oyunlarında indiyədək qalib gələn olmayıb. Baş tutan 4 oyunun hamısı heç-heçə başa çatıb. Lakin hər iki dueldə səfər qolu sayəsində "Qarabağ" mərhələ adlayıb.

2011/12

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

2:2, 0:0

2012/13

1/4 final

Qəbələ - Qarabağ (Ağdam)

1:1, 0:0

16. "Araz Naxçıvan" – "Xəzər Lənkəran" indiyədək görüşməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə