Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "İdman" işçi qrupunun təşkilatı dəstəyi ilə gənclər arasında "Hədəfi vur" paintball turniri keçirilib. Siasport.az saytının məlumatına görə, turnirin məqsədi bu idman növünün populyarlaşdırılması, gənclərə vətənpərvərlik ruhunun aşılanması, eləcə də onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsidir.
Turnir çərçivəsində iştirakçılar 4 komandaya bölünüblər. Sonda "Qarabağ" komandası qalib gələrək turnirin kubokunu qazanıb.
İştirakçılar və qalib komandanın üzvləri sertifikatlar və diplomlarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB