Bu axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. Siasport.az saytı xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması Madriddə baş tutacaq. Belə ki, "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu öz meydanında "Milan"ı sınağa çəkəcək. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Madrid təmsilçisini bu görüşdə istənilən heç-heçə də qane edir. Günün digər matçı Münhendə baş tutacaq. Burada yerli "Bavariya" klubu "Arsenal"la üz-üzə gələcək. İlk görüşdə Londonda 2:0 hesabı ilə qələbə qazanan Pep Qvardiolanın komandasının 1/4 finala adlamaq şansı daha yüksəkdir. Lakin "Arsenal"ın bu görüşdə revanş alıb-almayacağı maraqla gözlənilir. Qeyd edək ki, sabah 1/8 finalın daha iki qarşılaşması keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB