Azərbaycan idmançısı "M-1Challenge"də yarışacaq

Azərbaycan idmançısı "M-1Challenge"də yarışacaq

Martın 14-də Sankt-Peterburqda "M-1Challenge" turniri çərçivəsində MMA üzrə (qarışıq döyüş növləri) ənənəvi beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı dünya çempionatının gümüş medalçısı, dünya kubokunun qalibi, "Baku Azfighter" klubunun idmançısı Zaur Hacıbabayev təmsil edəcək. Gənc idmançımız MMA üzrə dünya çempionu, hazırda karyerasını davam etdirməklə yanaşı, "Baku Azfighter" klubunun baş məşqçisi olan Etiqad Atakişiyevin rəhbərliyi altında hazırlaşır.

Ağır çəkidə yarışan döyüşçümüz Dünya Kubokunun finalçısı Yuriy Dobkoyla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə