Kurtua Madrid "Real"ı ilə gizli müqavilə imzalayıb?

Kurtua Madrid "Real"ı ilə gizli müqavilə imzalayıb?

İspaniyanın "Cadena Ser" radiosu, sensasiyalı məlumat yayıb. Siasport.az saytı xəbər verir ki, ispaniyalı həmkarlarımız Madrid "Real"ının "Atletiko"da icarə əsasında oynayan "Çelsi"nin futbolçusu Tibo Kurtua ilə ilkin müqavilə imzaladığını elan edib. Xəbərdə, belçikalı qolkiperin mövsüm başa çatdıqdan sonra "kral klubu"nda oynayacağı bildirilib. Qeyd edək ki, "Atletiko" Kurtuanı komandada saxlamaq istəyir. Bu məqsədlə klub "Çelsi"yə təklif göndərsə də, müsbət cavab almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə