Londonun "Çelsi" futbol klubu, UEFA klubu Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Məlumata görə, Premyer Liqada "Tottenhem"lə matçda London klubunun futbolçusu Fernando Torres isinmə hərəkəti edərkən zədələnib. İspan hücumçunun ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Qeyd edək ki, Torres ÇL-də "Qalatasaray"la ilk matçda komandasının yeganə qolunu vurmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB