Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "Porec Trophy" yürüşü Azərbaycanın "Synergy Baku" komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb. Siasport.az saytının məlumatına görə, 149 km məsafəyə mübarizədə "Synergy Baku"nun ukraynalı velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.
195 velosipedçinin mübarizə apardığı yürüşdə komandamızın digər üzvləri, irlandiyalı Filip Laveri və Konnor Makkonvey müvafiq olaraq 59 və 77-ci, ukraynalı Aleksandr Surutkoviç 85-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB