Böyükağa Hacıyev: "Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik"

Böyükağa Hacıyev: "Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik"

Topaz Premyer Liqasının 25-ci turunda Qəbələyə səfər edən "Neftçi" yerli "Qəbələ" ilə oyunda 2:1 hesablı qələbə qazanıb. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. "Qəbələ" əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Çalışdım sübut edim ki, "Neftçi" əsas heyətlə həmin "Neftçi"dir. "Xəzər Lənkəran"la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi, "Qəbələ" dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram. Müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra "İnter"lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik.

Karlos Kardoso və ya Ernest Nfor pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən "Neftçi"dən geri qalmırdı".

Yuri Syomin, "Qəbələ" klubunun baş məşqisi: "Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, "Neftçi" və "Qarabağ" kimi güclü rəqiblərlə isə alınmır. Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər var. Turnir cədvəlində yüksək yerdəyik.

Yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?".

Bütün xəbərlər Facebook səhifəmizdə