Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatının ikinci turu başa çatıb. Siasport.az saytının məlumatına görə, iki turdan sonra turnir cədvəlinə hərəyə 2 xal toplayan Xəyalə Abdulla və Nərmin Kazımova liderlik edirlər. Aytən Əmrayevanın hesabında isə 1,5 xal var. Səhər Hüseynova, Nərmin Xələfova, Səbinə Quliyeva, Günay Məmmədova və Türkan Məmmədyarova hərəyə bir xal toplayıblar.
Yekunda ilk üç yeri tutacaq şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq və 2014-cü ilin şəxsi Avropa çempionatına vəsiqə əldə edəcəklər.
Çempionat martın 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB