Mançini "Qalatasaray"ı İtaliya millisinə dəyişir?

Mançini "Qalatasaray"ı İtaliya millisinə dəyişir?

Hazırda İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi olan Roberto Mançini, "cim bom"un sükanı arxasından ayrıla bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə "eurosport.com" məlumat yayıb. İspaniya ilə yoldaşlıq görüşündə zəif təsir bağışlayan İtaliya millisinin baş məşqçisi Çezare Prandelli "DÇ-2014"dən sonra vəzifəsindən gedə bilər. Belə ki, İtaliyada həm azarkeşlər, həm də Futbol Federasiyası Prandellinin işindən narazıdırlar. İtaliyalı həmkarlarımız da hesab edirlər ki, Dünya çempionatından sonra İtaliya millisinin baş məşqçi vəzifəsinə "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançini gətiriləcək. Maraqlısı budur ki, İstanbul təmsilçisi ilə müqaviləsi olan Mançini daha öncə verdiyi açıqlamasında İtaliya yığmasını çalışdırmaq istədiyini dəfələrlə dilə gətirmişdi. Qeyd edək ki, İtaliya yığması "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə