Rövnəq Abdullayev İcraiyyə Komitəsinin qərarları barədə mətbuat konfransı keçirib

Rövnəq Abdullayev İcraiyyə Komitəsinin qərarları barədə mətbuat konfransı keçirib

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev mətbuat konfransı keçirib. O, iclasda qəbul edilmiş qərarlar barədə açıqlama verib. Avropa çempionatındakı rəqiblərimizə münasibət bildirən AFFA prezidenti komandamızın bütün rəqiblərə ciddi yanaşmalı, yığmanın öz üzərində çalışmalı olduğunu qeyd edib.

Topaz Premyer Liqasınn səviyyəsinin artdığını deyən R.Abdullayev çempionatın dünyada 43-cü yerdə olduğunu vurğulayıb. O, həmçinin iclasda Premyer Liqada komandaların sayının artması barədə müzakirə aparıldığını bildirib: "Premyer Liaqada komandaların sayı 12 və daha çox olar bilər. Komandalar əsasən regionları təmsil etməlidirlər".

AFFA prezidenti Premyer Liqa komandalarında 6 legioner və 5 yerli futbolçunun olacağını, yerli futbolçulardan birinin yaş həddinin isə 23 yaşdan yuxarı olmamalı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə