Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, "Hilton" otelində təşkil olunmuş konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın I vitse-prezidenti Şenes Erzik, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və futbol ictimaiyyəti iştirak edib.
Konfransı açan AFFA prezidenti R.Abdullayev ötən ilin Azərbaycan futbolu üçün uğurlu olduğunu qeyd edib. O, 2005-2015-ci illərdə Futbolun İnkişafı barədə Dövlət Proqramının icrasında böyük bir mərhələ keçirildiyini vurğulayıb. R.Abdullayev Azərbaycan futbolunda həyata keçirilən layihələrdən danışaraq, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıb.
Daha sonra milli komandamızın oyunlarından hazırlanmış videoçarx nümayiş etdirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov hesabat xarakterli çıxış edib. O, uşaq və qadın futbolunun inkişafından danışıb, məktəblərdə futbol dərslərinin təşkil olduğunu qeyd edib. E.Məmmədov milli komandamızın və klublarımızın uğurlarından söz açıb. Sonra daha geniş hesabat xarakterli videoçarx göstərilib.
AFFA-nın Maliyyə və Mühasibat Departamentinin rəhbəri Əli Cavadov maliyyə hesabatını əks etdirən çıxış edib.
Bakı şəhər Auditorlar Təşkilatının nümayəndəsi Babək Məmmədova söz verilib və hesabat çıxışı dinlənilib.
AFFA-nın "İrqçiliyə yox" şüarı altında hazırladığı videoçarx göstərilib.
UEFA-nın I vitse-prezidenti Şenes Erzik konfrans iştirakçılarını salamlayaraq, Azərbaycanda olduğuna sevindiyini qeyd edib. O, "Hardan hara" başlığı altında çıxış etmək istədiyini deyib. Ş.Erzik müstəqillik əldə etdikdən sonra Azərbaycan futbolunun inkişfından danışıb, 1992-ci ildən indiki dövrə qədər Azərbaycan və Türkiyənin futbolunda baş verənlər barədə xatirələrindən söz açıb.
Baş katib Elxan Məmmədov Avropa Çempionatı-2020-yə ev sahibliyi etmək üçün aprelin 24-də sənədlərin UEFA-ya təqdim ediləcəyini, ölkəmizdə keçiriləcək yoxlamalardan sonra sentyabrda qərar qəbul olunacağını qeyd edib, bununla bağlı haırlanmış videoçarx nümayiş olunub.
Konfrans bağlı elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB