“Azəryol” iki oyunçu ilə müqavilə bağladı

“Azəryol” iki oyunçu ilə müqavilə bağladı

Çempionlar Liqası və Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizəni dayandıran Bakının voleybolçu qadınlardan ibarət "Azəryol" komandası heyətinə yeni oyunçular cəlb edib. Siasport.az saytının məlumatına görə, komanda iki transfer gerçəkləşdirib.

Bakı təmsilçisi millimizin liberosu Ceyran Əliyeva və braziliyalı blokçu Fernanda İsi ilə müqavilə imzalayıb. Hər iki voleybolçu mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə