Voleybol komandaları arasında Azərbaycan Super Liqasının X turu çərçivəsində bir oyun keçirilib. Siasport.az saytının məlumatına görə, "Baku Crystal Hall"da təşkil olunmuş matçda paytaxtın "Rabitə" və "Azərreyl" komandaları qarşılaşıblar.
Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na ev sahibliyi edəcək "Rabitə" komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Hesabında 24 xal olan "Rabitə" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. "Azəryol" komandası 21 xalla ikinci, "İqtisadçı" isə 19 xalla üçüncü pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB